Qızılağac Milli Parkının ərazisində yanğın başlayıb

13-09-2025, 13:41 70 dəfə baxılıb

 

Qızılağac Milli Parkının Masallı rayonu, Qızılağac kəndinə yaxın ərazisində yanğın qeydə alınıb.


Yenisirvanli.info.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.



Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.



Havanın küləkli olması yanğınsöndürmə əməliyyatını çətinləşdirsə də, həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.


Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930