Əməliyyat zamanı qeyri-etik görüntüləri yayılan "həkim" DANIŞDI

22-08-2025, 12:23 662 dəfə baxılıb

 

Yenisirvanli.İnfo.Az Xəzər TV-yə istinadən xəbər verir ki, G.Abdullayeva yayılan videogörüntülərin həmkarları ilə zarafat məqsədilə çəkildiyini bildirib:

"Uğurlu əməliyyatımın nəticəsində oynayıb-gülmüşük. Öz həmkarlarımız arasında çəkilmiş videodur. Heç bir antisanitar vəziyyət olmayıb, həmin pasiyentin sağlamlığı ilə bağlı da problem yaranmayıb".

Yenisirvanli.İnfo.Az xəbər verir ki, onun sözlərinə görə, videonu özü paylaşmayıb və məsələ ilə bağlı şikayətçidir:

"Məni cəmiyyətin gözündən salmaq üçün saç ustası kimi təqdim etdilər, bunlar yalandır. Ali təhsilimi Avropa ölkəsində almışam, lakin Azərbaycanda təsdiq olunmayıb. "UĞUR Estetik Mərkəzi 777"də çalışdığım zaman lisenziya yox idi, buna görə də fəaliyyətimi dayandırdım".

Abdullayeva həmçinin 11 ildir estetik cərrah kimi çalışdığını, son 4 ildə isə adıçəkilən mərkəzdə fəaliyyət göstərdiyini deyib. Onun iddiasına görə, sosial şəbəkələrdə yayılan görüntülər 5 ay əvvəl çəkilib.

Səhiyyə Nazirliyindən isə bildirilib ki, Gülbadə Əliqismət qızı Abdullayevanın adı nazirliyin tibb işçilərinin vahid reyestrində yoxdur və onun tibbi fəaliyyət göstərmək səlahiyyəti mövcud deyil.

Aparılan araşdırma nəticəsində məlum olub ki, sahibkar Xəyalə Aydın qızı İsmayılovaya məxsus "UĞUR Estetik Mərkəzi 777" lisenziya olmadan fəaliyyət göstərir. Nazirlik məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

Qeyd edək ki, sözügedən görüntülər avqustun 19-da yayılıb.

Ətraflı süjetdə:


 

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031