Küçədə ailəsinin gözləri qarşısında sürücünü döyən şəxsə HƏBS CƏZASI

13-08-2025, 10:16 111 dəfə baxılıb

 

Abşeron Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Amil Cəfərovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


 Yenisirvanli.İnfo.Az xəbər verir ki, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə ona 2 il müddətinə azadlıqdan məhrum edilib.


İttihama görə, hadisə 15 oktyabr 2024-cü il tarixdə, axşam saatlarında Abşeron rayonu, Masazır kəndində qeydə alınıb.
 

Belə ki, Amil Cəfərov ailəsi ilə birgə “Toyota Aqua” markalı avtomobillə sözügedən ərazidə hərəkətdə olarkən zərərçəkmiş Xəqani Quliyevə (soyadı şərtidir) məxsus “Qazel” markalı maşının mühərriyinin sönərək yolun hərəkət hissəsində dayandığını görüb. O, maşını ilə həmin avtomobilin yanından keçdikdə yolun hərəkət hissəsi dar olduğu üçün öz nəqliyyat vasitəsinin güzgüsü yolun kənarında olan ağaclara dəyərək sınıb. Bu zaman Amil zərərçəkmişə iradını bildirib, onunla mübahisə edib. Sonra o, Xəqanini əli ilə və təpiklə vurub. Ardınca avtomobilindən qaldırıcı qurğunun dəmir açarını götürüb zərərçəkmiş şəxsin təpə nahiyəsindən qəsdən bir dəfə vuraraq ona yüngül zərər yetirib.


Hadisədən sonra Amil Cəfərov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031