Məhkəmə “Avrora” şirkətinin əməkdaşları ilə bağlı qərarı açıqladı

8-08-2025, 11:04 671 dəfə baxılıb

 

Ali Məhkəmədə mənimsəmədə təqsirləndirilən Şamo Heydərov və Zaman Baxışovun (hər ikisinin ad, soyadı şərti) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib, qərar dəyişdirilmədən saxlanılıb.

İttihama görə, Şamo Heydərov “Avrora” MMC-nin “Xorika” şöbəsinin satış üzrə nümayəndəsi və Zaman Baxışov isə həmin şirkətin “Xorika Energetik” şöbəsinin bölgə müdiri vəzifəsində işləyib. Onlar şirkətin 421 917,67 manat məbləğində pulunu mənimsəyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxsə 8 il həbs cəzası verilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, Şamo Heydərov və onun müdafiəçisi tərəfindən ayrı-ayrılıqda verdiyi apellyasiya şikayətləri təmin edilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxartdığı hökmü Şamo Heydərova münasibətdə dəyişdirilib, ona qarşı irəli sürülmüş ittihamın həcmi azaldılaraq 299 838,59 manat müəyyən edirilib. Təqsirləndirilən şəxsə təyin edilmiş 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası 6 il 6 aya endirilib.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031