Bakıda narkopriton əməliyyatı – Saxlanılanlar var – Video

27-02-2025, 15:00 241 dəfə baxılıb

 

Bakı şəhər Nizami rayonunda narkopriton aşkar edilib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, Nizami RPİ-nin Narkotiklərlə Mübarizə Bölməsinin keçirdiyi tədbirlə rayon ərazisində narkotik vasitələrin qəbul edildiyi məkan aşkarlanıb.

Həmin evdə narkotiklərin istifadəsinə şərait yaradan, əvvəllər məhkum olunmuş 38 yaşlı Kənan Alşarov, 59 yaşlı Etibar Babayev, 50 yaşlı Zaur Fətiyev, 39 yaşlı Samir Məmmədov və daha bir qadın saxlanılıb. Ünvana və saxlanılanların üzərinə baxış zamanı psixotrop maddə metamfetamin və narkotiklərin qəbulunda istifadə edilən ləvazimatlar aşkarlanıb.

Bundan başqa, rayonun Keşlə qəsəbəsində həyata keçirilən digər əməliyyatla narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 21 yaşlı Əyyub Həsənli saxlanılıb. Ondan satış məqsədilə əldə etdiyi 3 kiloqram heroin və 1 kiloqram 500 qram metamfetamin aşkarlanıb. O, sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib.

Faktlarla bağlı araşdırmalar və əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930