Arvadına döyən kişiyə elektron qolbaq taxıldı

6-08-2025, 10:01 219 dəfə baxılıb

 

Sumqayıt Şəhər Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Namiq Məmmədzadənin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Yenisirvanli.İnfo.Az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vüsalə Qasımovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.


İttihama görə, hadisə bu il Sumqayıt şəhəri ərazisində qeydə alınıb.


Belə ki, Namiq Məmmədzadə evdə arvadı, zərərçəkmiş İradə Məmmədzadə (adı, soyadı şərtidir) ilə mübahisə edib. Bu zaman o, arvadının baş, sağ və sol qol nahiyəsinə qəsdən bir neçə yumruq zərbələri vuraraq ona xəsarət yetirib.


Hadisədən sonra Namiq Məmmədzadə saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031