İran vətəndaşı sərhədi pozdu, külli miqdarda balıq ovladı

1-08-2025, 11:29 235 dəfə baxılıb

 

Araz çayının Azərbaycana aid hissəsinə qanunsuz keçərək külli miqdarda balıq ovlayan İran vətəndaşı həbs edilib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, 1990-cı il təvəllüdlü, İranın Poldəşt şəhərinin Şəhrəki Araz kənd sakini, balıqçı Mehdi Sadiqpur uzun müddət Araz çayının Naxçıvana aid hissəsində tor quraraq oradan külli miqdarda balıq əldə edib qaçaqmal yolu ilə İrana keçirməkdə təqsirləndirilir.

Dövlət Sərhəd Xidmətinin bəzi əməkdaşlarını aldadan İran vətəndaşı Araz çayı üzərindəki sərhəd nişanlarını dəyişməklə, uzun müddət həmin ərazidən balıq ovlayıb. O, bu yolla Araz çayına külli miqdarda ziyan vurub, hər dəfə 500-800 manatlıq balığı qanunsuz ovlayıb.

Keçirilən əməliyyat zamanı məlum olub ki, M.Sadiqpur hər dəfə Araz çayında dövlət sərhədini 300 metr pozaraq Azərbaycan ərazisinə keçib, orada balıqları ovlamaq üçün torlar döşəyib.

Dövlət Sərhəd Xidmətinin əməkdaşları faktı aşkarlayıblar və İran vətəndaşı saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb və Mehdi Sadiqpur barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işinin istintaqı başa çatıb və iş Naxçıvan Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə M.Sadiqpur 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.Oxu.az


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031