Arvadını öldürmək istəyən şəxs: “Onun sevgilisi məni görən kimi, qadını orada qoyub qaçdı”

25-07-2025, 11:16 240 dəfə baxılıb

 

Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Murad Əmiraslanovun cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub.

 

Yenisirvanli.İnfo.Az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elşən Vəliyevin sədrliyi ilə keçirilən məhkəmə istintaqı zamanı o, elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib.

 

O ifadəsində göstərib ki, zərərçəkmiş A.Əmiraslanova ilə 2 il qeyri-rəsmi ər-arvad münasibətində yaşayıblar:

 

“Bu münasibətdən bizim 2 yaşlı bir qızımız var. Bakı şəhərində olarkən arvadımın mənə ayrılmaq istməsi barədə heç nə demədən uşağı anasına verib Hüseyn adlı şəxslə birlikdə qaçdığını eşitdim. Bundan sonra onun arxasınca Gəncə şəhərinə gələrək onları axtarıb tapdım. “İmperial” şadlıq sarayının yanında olarkən arvadımla Hüseyninin yan-yana getdiklərini gördüm. Sonra onlara tərəf qaçan zaman Hüseyn məni görüb qaçmağa başladı. Əvvəlcə Hüseynə xəsarət yetirmək üçün onun arxasınca qaçdım, lakin ona çata bilmədiyimdən yenidən arvadım tərəfə gedib onu tutdum. Əvvəlcə yumruq zərbəsi vuraraq arvadımı yerə yıxdım, daha sonra isə çoxsaylı bıçaq zərbələri endirdim. Həmin vaxt qan görmədiyim üçün ona heç nə olmadığını fikirləşdim və yerdən qalxıb daha iki dəfə də zərbə endirdim. Bunda sonra yolda olan tanımadığı şəxslər arvadımı avtomobilə mindirib apardılar. Hadisədən sonra təslim olmaq üçün polis şöbəsini axtara-axtara getdim. Orada gördüyüm post patrul xidmətinin əməkdaşlarına yaxınlaşaraq törətdiyim cinayəti etiraf etdim və bıçağı təhvil verdim.

 

Zərərçəkmiş A.Əmiraslanova da dindirilərkən Murad Əmiraslanovun dediklərini təsdiqləyib, eyni məzmunlu ifadə verib.

 

Qeyd: Hadisə 13 sentyabr 2024-cü il tarixdə, saat 22 radələrində Gəncə şəhəri,  Azərbaycan Bayrağı küçəsində yerləşən “Əminə” marketin yaxınlığında qeydə alınıb.

 

Belə ki, 2009-cu il təvəllüdlü Murad Əmiraslanov qeyri-rəsmi nikahda olan A. Əmiraslanovanl bıçaqlayıb. Bıçaq yaraları ilə xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olub. Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Murad Əmiraslanov saxlanılaraq istintaqa təhvil verilib.

 

Məlumata görə. A.Əmiraslanova Murad Əmiraslanovdan ayrılıb, başqa şəxslə ailə həyatı qurub. M.Əmiraslanovun qadını başqa şəxslə evləndiyinə görə bıçaqlayıb.

 

Məhkəmənin hökmü ona 5 il 7 ay 15 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031