Banka borcu olduğu üçün dövlət sərhədini qanunsuz keçən şəxsə hökm oxundu

23-07-2025, 10:37 216 dəfə baxılıb

 

Sədərək Rayon Məhkəməsində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmədə təqsirləndirilən İmran Əkbərovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Yenisirvanli.İnfo.Az xəbər verir ki, hakim Hüseyn Zülfüqarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 1600 manat miqdarında cərimə cəzasına məhkum edilib.

 

İttihama görə, İmran Əkbərov 05 sentyabr 2023-cü tarixdə şəxsiyyəti istintaqa Muxtar, Rasim adları ilə məlum olan Azərbaycan vətəndaşlarının qabaqcadan vəd etdikləri köməkliyi ilə Azərbaycan Respublikasının dövlət sərhədini nəzarət-buraxılış məntəqəsindən kənarda, sərhəd nəzarətindən yayınmaqla ölkədən Türkiyə Respublikasına qəsdən qanunsuz olaraq keçib.

 

O, məhkəmədə ifadəsində bildirib ki, 2011-ci ildə “Dəmir Bank”dan lizinq əsasında götürdüyü avtomobilin pulunu ödəyə bilməyib. Sonra Nərimanov Rayon Məhkəməsi tərəfindən banka olan borcunu ödəyə bilməməsi səbəbindən ölkədən çıxışına məhdudiyyət tətbiq edilib. Buna görə də Azərbaycanı dövlət sərhədini qəsdən qanunsuz olaraq keçib.

 

05 mart 2025-ci il tarixdə “İstanbul-Bakı” aviareysi ilə Türkiyədən Azərbaycana gəldiyi zaman sərhədçilərə adına rəsmiləşdirilən pasportunu təqdim edib. Onun pasportu ilə müvafiq rəsmiləşdirmə işləri aparılan zaman ölkədən çıxışı olmadığı müəyyən olunub.



 Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031