Dayısı qızı ilə mesajlaşan şəxs arvadını döydü – CƏZA

27-02-2025, 10:57 47 dəfə baxılıb

 

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Elgün Şəfiyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 6 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

İttihama görə, hadisə 06 yanvar 2025-ci il tarixdə, saat 17 radələrində Abşeron rayonu ərazisində qeydə alınıb.

Belə ki, Elgün Şəfiyev dayısı qızı ilə mesajlaşan zaman həyat yoldaşı, zərərçəkmiş Ülkər Şəfiyeva (şərti) görərək ona irad bildirib. Qısqanclıq səbəbi ilə onların arasında mübahisə başlayıb. Nəticədə Elgün arvadının üzərinə hücum edib qəsdən əl, yumruq zərbələri ilə onun sifət, baş və bədəninin müxtəlif nahiyələrinə vuraraq, qadına üngül zərər yetirib.

Ülkər Şəfiyevanın şikayəti əsasında saxlanılan Elgün Şəfiyevin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930