Kafedə yeyib-içdikdən sonra dostunu bıçaqlayan şəxsə cəza verildi

4-07-2025, 10:39 206 dəfə baxılıb

Şəki Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Seymur Əsgərovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.   

 

Yenisirvanli.İnfo.Az xəbər verir ki, hakim Günay Aşurovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 Məhkəmənin hökmü o, 3 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

 İttihama görə, hadisə 08 dekabr 2024-cü ildə Zaqatala rayonunun Mosul kəndində qeydə alınıb.

 Belə ki, 2000-ci il təvəllüdlü Seymur Əsgərov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı dostu, 1994-cü il təvəllüdlü Əhmədov Rasim Nurməhəmməd oğluna bıçaqla xəsarətlər yetirib.

 Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

 Məlumata görə, hadisədən əvvəl dostlar kafedə yeyib-içiblər.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930