Rövşən Lənkəranskinin xalası oğlu və daha bir "Qanuni oğru" Rusiyada saxlanıldı - VİDEO

4-07-2025, 10:30 243 dəfə baxılıb

 

“Cinayət iyerarxiyasında yüksək vəzifə tutmaqda” şübhəli bilinən Zaur Əhmədov Orenburqda saxlanılıb.

 Yenisirvanli.İnfo.Az  "Unikal"a istinadla  xəbər verir ki, 47 yaşlı iş adamı Zaur Əhmədov mərhum Rövşən Lənkəranskinin xalası oğlu və qaynıdır.

Onun oğru statusu yoxdur, amma Lənkəranskinin ölümündən sonra öz “imperiyasına” başçılıq edib. Əhmədovu “Food City-nin nəzarətçisi” də adlandırırlar.

Saxlanılan qanuni Oğru  Vaqif Süleymanova gəlincə, onun saxlanılmasına səbəb, “Kommersant”ın yazdığına görə, Rusiyada “olma qaydalarının pozulması” olub. O, Azərbaycana deportasiya olunmaq üçün Daxili İşlər Nazirliyinin Baş İdarəsinin Moskvadakı xarici vətəndaşların müvəqqəti saxlanma məntəqəsinə göndərilib. Süleymanov Moskvada müxtəlif biznes layihələri, xüsusən də “Food City” ilə tanınır. O, Tbilisidə anadan olub, gənclik illərini Bakıda keçirib, 1990-cı illərdə Rusiyaya köçüb.

***

Azərbaycan əsilli ən nüfuzlu “qanuni oğru”lardan biri Vaqif Süleymanov Moskvada saxlanılıb.

Bu barədə Rusiya mediası məlumat yayıb. 

Bildirilir ki, o, Saxarovdakı xüsusi müəssisəyə aparılıb və orada üç ay qalacaq. Daha sonra Vaqif Süleymanov Azərbaycana deportasiya olunacaq. O, cinayət iyerarxiyasında yüksək vəzifə tutmaqda ittiham olunur.

 

img






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930