Rusiyada yaralı azərbaycanlı xəstəxanadan oğurlandı

3-07-2025, 10:59 216 dəfə baxılıb

Rusiya Federasiyasının Milli Qvardiyasının, Daxili İşlər Nazirliyinin və Federal Təhlükəsizlik Xidmətinin Sverdlovsk vilayəti üzrə əməkdaşlarının Yekaterinburqda törədikləri hadisə zamanı xəsarət alan Kamal Səfərov xəstəxanadan oğurlanıb.

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə iyunun 27-də Yekaterinburqda törədilən hadisə zamanı qətlə yetirilən və yaralanan şəxslərin yaxınları məlumat verib.

Onların sözlərinə görə, baş vermiş hadisə zamanı müxtəlif dərəcəli xəsarət alan Kamal Səfərov Yekaterinburqda yerləşən xəstəxanaların birində əməliyyat olunduqdan sonra müalicəsinə davam edirdi. Lakin bu gün günorta saatlarında xəstəxanaya gələn naməlum şəxs və ya şəxslər K.Səfərovu özləri ilə aparıblar. Yaxınları bildirib ki, onu hara apardıqları barədə heç bir məlumat verməyiblər.

Qeyd edək ki, daha öncə Yekaterinburqun Leninski Rayon Məhkəməsi Kamal Səfərov barəsində həbs qətimkan qərarı çıxarıb.



 Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031