“Evdən döyülərək çıxarıldılar'” – Öldürülən həmyerlilərimizin qardaşı qızı (VİDEO)

1-07-2025, 11:01 553 dəfə baxılıb

 

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafizə orqanlarının evə basqını zamanı öldürülən Ziyəddin və Hüseyn Səfərovların qardaşı qızı Çimnaz İbrahimova deyib.

“Hüquq-mühafizə orqanları səhər saatlarında evə daxil olub, onları vəhşicəsinə döyərək evdən çıxarıblar. Polisin belə bir hərəkətə yol verməsi heç başadüşülən deyil. Bu cür işgəncələr normal sayılmamalıdır”, – Ç.İbrahimova əlavə edib.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Ətraflı Baku TV-nin süjetində:






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031