Rüfət Səfərovun məhkəməsi başlayıb

30-06-2025, 15:06 372 dəfə baxılıb

 

Xuliqanlıq və dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rüfət Səfərovun cinayət işinin məhkəmə hazırlıq iclası keçirilib.


Yenisirvanli.İnfo.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aygün Qurbanovanın sədrliyi ilə keçirilən ilk iclasda təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib.

Müdafiə tərəfi Rüfət Səfərov barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət təqdim etsə də, məhkəmə bunun üçün əsas olmadığından vəsatəti təmin etməyib.

Cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul olunub.

Növbəti proses iyulun 14-nə təyin edilib.

Qeyd edək ki, Rüfət Səfərov 2024-cü il dekabrın 3-də saxlanılıb. Binəqədi Rayon Polis İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 127.2.3 (qəsdən sağlamlığa az ağır zərərvurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 178.3.2 (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Oxu.az


Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031