Qadın ona sataşan kişini güllələdi - FOTO

12-06-2025, 11:34 207 dəfə baxılıb

 

Malatyada qadın onu narahat edən kişini güllələyib.

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, Malatyanın Pütürgə rayonunda qadın onu narahat etdiyini iddia etdiyi kişini ayaqlarından vurub və həmin anları telefonla çəkərək sosial şəbəkədə yayıb.

Hadisə günorta saatlarında Pütürgənin Köylü kəndində baş verib. Nuray Ş. adlı qadın, S.D. adlı kişi ilə mübahisə edib. Mübahisə zamanı qadın çantasından çıxardığı tapança ilə kişinin ayaqlarına atəş açıb.

Hadisədən sonra qadın telefonla çəkdiyi görüntüləri sosial şəbəkə hesabında paylaşıb və ərazidən uzaqlaşıb.

Hadisə yerinə çağırılan təcili tibbi yardım S.D.-ni Pütürgə Dövlət Xəstəxanasına aparıb.

Qadın isə polis tərəfindən silahla birlikdə saxlanılıb və ifadəsi alınmaq üçün bölməyə aparılıb.

 


 Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930