İki ildir itkin idi - Taksi sürücüsü öldürübmüş

2-06-2025, 12:18 85 dəfə baxılıb

 

Xaçmazda 2 il əvvəl itkin düşən şəxsin meyiti tapılıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, 2023-cü ilin iyul ayının 18-də Xaçmaz rayon sakini, görmə qabiliyyəti məhdud olan  59 yaşlı Gülxar Cahangirovanın itkin düşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Ötən iki il ərzində itkin düşən qadının axtarışları aparılıb və bu günlərdə həmin şəxsin öldürülərək basdırıldığı məlum olub. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunaraq araşdırmalar aparıb və məlumata görə, gözdən əlil qadın taksi sürücüsü tərəfindən qətlə yetirilərək basdırılıb.

Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031