"Xaricdən maşın gətiririk" adıyla kimlər aldadılıb? - DİN-dən şikayətlərə reaksiya

30-05-2025, 10:46 504 dəfə baxılıb

 

Xaricdən avtomobil gətirilməsi vədi ilə vətəndaşlardan külli miqdarda vəsait toplandığı iddia olunur.

Yenisirvanli.İnfo.Az Oxu.az-a istinadla xəbər verir ki, Fuad Nəcəf adlı şəxsin iddiasına görə, maşın alqı-satqısı ilə məşğul olan Elvin Hüseynov və onunla birgə çalışan şəxslər "Autobazar" MMC şirkəti adı altında vətəndaşlarla müqavilələr bağlayaraq, Dubay bazarından avtomobil gətirmək vədi ilə onları aldadıblar.

İddiaçı bildirir ki, Elvin Hüseynov və onun komandası müqavilə bağladıqları şəxslərə nəqliyyat vasitələrini təhvil verməməklə yanaşı, aldıqları vəsaiti də geri qaytarmırlar.

Fuad Nəcəfin sözlərinə görə, zərərçəkmişlərin sayı 15 nəfərə çatır, ümumi maddi zərər isə 250 min manatdan çoxdur: "Səsyazıları, müqavilələr, ödəniş anlarının gizli çəkilişləri və digər sübutlar mövcuddur".

Şikayətçi əlavə edib ki, adıçəkilən şəxslər sosial şəbəkələrdə özlərinə məxsus çoxsaylı səhifələr açaraq fəaliyyətlərini reklam edir, tənqidi şərhləri isə silərək istifadəçiləri blok edirlər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, xarici ölkədən avtomobil gətirmək adı ilə insanları aldadaraq onların maddi vəsaitlərini ələkeçirmə faktı ilə bağlı ərazi polis orqanına müraciət daxil olub: "Məsələ ilə bağlı araşdırma aparılır".

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə çalışsaq da, cəhdlərimiz nəticəsiz qaldı.

Qeyd edək ki, səsləndirilən iddialarla bağlı sözügedən şəxslərin mövqeyini dinləməyə hazırıq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031