"İdeal"-ın keçmiş şefi İlqar İsmayılov həbsdə qaldı

24-05-2025, 10:34 264 dəfə baxılıb

 

"İdeal" (indiki "Adore") mağazalar şəbəkəsinin mənimsəmə ittihamı ilə məhkum olunmuş keçmiş rəhbəri İlqar İsmayılovun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı müraciəti təmin edilməyib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Xəzər Rayon Məhkəməsi onun cəzasının qalan hissəsinin şərti hesab edilməsinə razılıq verməyib.

Qərarda göstərilib ki, İsmayılovun cəzanın yarıdan çoxunu çəkməsinə baxmayaraq, digər əsaslarla azadlığa buraxılması məqsədəuyğun deyil.

Qərara əsasən, ərizə təmin edilməyib və İ.İsmayılov həbsdə qalıb.

Qeyd edək ki, o, 2021-ci ilin aprel ayında həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib.


Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930