Sabirabadda ata-oğul "Azəriqaz"ın əməkdaşını döydülər

23-05-2025, 10:47 261 dəfə baxılıb

 

Sabirabad rayonunda "Azəriqaz"ın əməkdaşı döyülüb.

Yenisirvanli.İnfo.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Güdəcühür kəndində baş verib.

Kənd sakini, "Azəriqaz" İstehsalat Birliyinin Sabirabad rayon Qaz İstismarı İdarəsinin xidmət sahəsinin qaz təsərrüfatı nəzarətçisi İkram adlı şəxs kənd sakini Mayıl Əsgərovun evindəki qaz cihazlarını yoxlayaraq akt tərtib etmək istəyib. O, iki dəfə həmin ünvana getsə də, evdə heç kim olmayıb. İkram Mayıl Əsgərovun oğlu Ziyadı küçədə görüb və ona bildirib ki, evdə olduğu vaxtlarda ona xəbər etsin.

Bir neçə gündən sonra Ziyadın münasibət qurduğu xanım İkramın onu narahat etdiyini bildirib. Ziyad bu məqsədlə İkrama zəng vuraraq onunla görüşmək istədiyini deyib və onu qardaşına məxsus çayxanaya çağırıb. İkram idarə etdiyi avtomobillə kafenin qarşısında Ziyadla görüşüb. Ziyad avtomobilə əyləşərək İkrama onların evi tərəfə sürməyi xahiş edib. Evin yanına çatanda Ziyad ondan sənədlər tələb edib. İkram bildirib ki, ünvana çatmasa, akt yaza bilməyəcək. Ziyad isə ona "sən kimsən ki, camaatın ünvanına gedirsən?" deyib. İkram dövlət işçisi olduğunu və qanuna uyğun olaraq ünvana getdiyini deyib. "Ziyad isə "Dövlət də bizik, qanun da" deyərək İkramın sifət və baş nahiyəsinə yumruq zərbələri endirib. O, İkramdan maşını bənd deyilən əraziyə sürməyi tələb edib.

İkram isə maşını Ziyadın qardaşının çayxanasına sürərək, maşından düşüb Mayıl Əsgərova olanlar barədə məlumat verib. Mayıl Əsgərov isə oğlunun yaxşı etdiyini deyib və ata-oğul birləşərək onu döyməyə başlayıblar.

Kənd sakinləri onları ayıraraq davanı sakitləşdiriblər.

Hadisə yerinə polis əməkdaşları gəliblər, faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

Məhkəmənin hökmü ilə Ziyad Əsgərova 2 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.


Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031