Rusiyanın 11 ildir axtardığı narkotacir Azərbaycanda saxlanılıb

23-05-2025, 10:05 907 dəfə baxılıb

Rusiyaya bir neçə yüz kiloqramdan artıq heroin gətirməkdə təqsirləndirilən Tacikistan vətəndaşı Emomov Taqaymurod Azərbaycanda saxlanılıb...

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə “TASS”a hüquq-mühafizə orqanlarından məlumat verilib.


Qeyd olunub ki, saxlanılan şəxs hazırda Azərbaycandan Rusiya Federasiyasına ekstradisiyasını gözləyir.


Emomov Taqaymurod xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə 11 ildən artıqdır ki, axtarışda olub. İttiham tərəfinin fikrincə, təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi sahəsində xüsusilə təhlükəli cinayətlərin təşkilində təqsirli bilinir.
Emomov kuryerlər şəbəkəsi vasitəsilə Rusiyaya yüzlərlə kiloqram heroini idxal edib. Bu işdə təqsirkarların çoxu əvvəllər cinayət məsuliyyətinə cəlb edilib, həmçinin təşkilatçı qismində Emomovun əleyhinə ifadə veriblər, bəziləri isə artıq həbsdən azad ediliblər.


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930