Göygöldə kütləvi dava: iki qardaş ağır yaralandı

20-05-2025, 10:41 175 dəfə baxılıb

Göygöldə torpaq üstündə kütləvi dava olub.

Yenisirvanli.İnfo.Az Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Quşqara kəndində baş verib.

İlkin məlumata görə, bir neçə nəfər kənd sakini 1993-cü il təvəllüdlü Müşfiq Nurməmmədov və onun qardaşı Hüseyn Nurməmmədova küt alətlə ağır xəsarət yetiriblər.

Adıçəkilən şəxslər Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıblar.

Onların vəziyyəti kafi qiymətləndirilir. İddiaya görə, mübahisə torpaq üstündə düşüb.

Faktla bağlı araşdırma aparılır.


 Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930