Rusiya Həsənovu niyə axtarır? – Azərbaycanda diqqətçəkən olaylar

15-05-2025, 10:30 210 dəfə baxılıb

“Azərbaycanlı bloger Hüseyn Həsənov Rusiyada çirkli pulların yuyulması ittihamı ilə axtarışa verilib. Xüsusilə, külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması və yuyulmasında ittiham olunur. Mənə izləyicilərim tərəfindən yazılan bəzi informasiyalara görə, Azərbaycanda da belə blogerlər var”.

Globalinfo.az xəbər verir ki, bunu Mətbuat Şurası İdarə Heyətinin üzvü, texnobloqer Fərid Pərdəşünas sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, izləyicilərin sözlərinə görə həmin blogerlər xüsusilə, vasitəçi şirkətlərin dəstəyi ilə xarici brend məhsulları həddən artıq yüksək qiymətə reklam edərək, pulun leqallaşdırılmasında iştirak edirlər:

“Bununla bağlı məndə sübutlar olmasa da, bu formada mesajlar alıram. İddiaçıların dediyinə görə, bu səbəbdən də qəflətən blogerlərin lüks həyat tərzləri sosial mediada göz qamaşdırmağa başlayır.

Təklif edirəm ki, adiyyəti dövlət qurumu bu fəaliyyət növünü dəqiq kodlar altında birləşdirib, içi mən qarışıq hamını audit etsin. Düşünürəm ki, əgər bazarda belə hallar varsa, hər qəpiyinin vergisini verən mənim kimi yaradıcı məzmun istehsalçılarına qarşı haqsızlıq yaranmış olar”.


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031