Kartlardan oğurluq bu hallarda baş verir – DİN

12-05-2025, 11:58 509 dəfə baxılıb

 

Ötən həftənin şənbə və bazar günləri də vətəndaşların bank kartlarından müxtəlif kiber üsullarla pul oğurluqları olub.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev növbəti dəfə vətəndaşlara səslənərək bildirib ki, kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu məxfi məlumatlardır və bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabda olan pullar, yaxud pul yoxdursa, kredit formasında vəsaitlərin oğurlanma riski yaranır:

“Ötən həftənin şənbə və bazar günü ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 11000, 750, 430, 403, 200, 100, 72, 69, 7 manat və 51 dollar vəsait bank kartlarından talanıb. Hər bir fakt şəxsi bank məlumatlarının naməlum şəxslərə verilməsi nəticəsində baş verib”.


 Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031