İctimai fəal bıçaqlama ittihamı ilə saxlanıldı

7-05-2025, 12:31 88 dəfə baxılıb

 

İctimai fəal Əhməd Məmmədli saxlanılıb.

Yenisirvanli.İnfo.Az lent.az-a istinadla xəbər verir ki, o, Biləcəridə baş verən bıçaqlanma hadisəsi ilə bağlı istintaqa cəlb edilib. 

Mayın 6-da saat 22 radələrində 1988-ci il təvəllüdlü Vüqar Dünyamalıyevə Bilcəri qəsəbəsi, R.İsmayılov küçəsində qarın boşluğundan bıçaqla xəsarətlər yetirilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin 2001-ci il təvəllüdlü, Cəlilabad rayonunda anadan olmuş Əhməd Məmmədli olduğu müəyyən edilərək saxlanılıb.

Faktla bağlı Binəqədi Rayion Polis İdarəsində Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

İlkin məlumata görə, hadisəyə taksidə yer üstündə mübahisə səbəb olub.


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031