Narkotiki görün nəyin içində keçirmək istədilər - FOTO

3-05-2025, 10:15 71 dəfə baxılıb

 

Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində qeyri-adi üsulla - qarpızın içərisində gizlədilərək gömrük sərhədindən keçirilməsinə cəhd göstərilən külli miqdarda narkotik vasitə aşkar edilib.

Yenisirvanli.İnfo.Az komitəyə istinadən xəbər verir ki, Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya "təzə qarpız" yükü aparan nəqliyyat vasitəsinə Astara Gömrük İdarəsində gömrük baxışı keçirilib. Stasionar rentgen qurğusunda aparılan yoxlama zamanı yükdə şübhəli cizgilər müşahidə edilib.

Əsaslı yoxlama zamanı kinoloji xidmət iti 42 qutuya reaksiya verib və həmin qutulardakı 84 ədəd qarpızın içərisindəki bağlamalardan falqaya bükülmüş formada, gömrük nəzarətindən gizlədilən, qablaşdırma ilə birlikdə ümumi çəkisi 63 kiloqram 417 qram narkotik vasitə - qurudulmuş marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930