Saxtakarlıqda təqsirləndirilən sabiq baş həkimin apellyasiya şikayətinə baxılıb

Dünən, 18:57 89 dəfə baxılıb

 

Bakı Apellyasiya Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığında təqsirləndirilən, 2 saylı Dəmiryol Poliklinikasının sabiq baş həkimi, fəxri dəmiryolçu, tibb üzrə fəlsəfə doktoru Həmzə Həsənovun barəsində olan hökmdən verdiyi apellyasiya şikayətinə baxılıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, prosesdə şikayət araşdırılıb və qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti rədd edilib və birinci məhkəmə instansiyasının hökmü qüvvədə saxlanılıb.

İttihama görə, H.Həsənov Cinayət Məcəlləsinin 308 və 313-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı) maddələri ilə məsuliyyətə cəlb edilib.

Araşdırmalar zamanı müəyyən olunub ki, Həmzə Həsənov vətəndaşlar barəsində elektron sistemə qəsdən həqiqətə uyğun olmayan tibbi məlumatlar daxil edib.

Bu yolla o, həmin şəxslərin pensiya almasına nail olub və dövlət büdcəsinə külli miqdarda ziyan vurub.

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə H.Həsənov qeyd edilən əməllərdə təqsirli bilinib. O, 2 il dövlət, yerli özünü idarəetmə orqanlarında, o cümlədən tibb fəaliyyəti ilə məşğul olan müəssisə və təşkilatlarda rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 il azadlıqdan məhrum olunub. Məhkəmə sabiq baş həkimə Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək 2 il şərti cəza verib.

Həmçinin təqsirləndirilən şəxsdən 141 min 954 manat vəsaitin tutularaq zərərçəkmiş şəxs kimi (mülki iddiaçı) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilməsinə qərar verilib.


Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031