Bakıda "Porsche" ilə sərxoş halda avtoxuliqanlıq edən qadın sürücü həbs olundu

1-05-2025, 18:56 109 dəfə baxılıb

 

Bakıda "Porsche" ilə sərxoş vəziyyətdə avtoxuliqanlıq edən qadın sürücü həbs olunub.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, Bakının Nəsimi rayonunda sərxoş vəziyyətdə "Porsche" markalı nəqliyyat vasitəsi ilə təhlükəli manevrlər edərək davamlı qayda pozuntusu törədən sürücü qadın Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Sürücü yüksək sürətlə idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını kobud surətdə pozub və polisin "saxla" işarəsinə əməl etməyərək təhlükəli hərəkətini davam etdirib. Sərxoşluq vəziyyəti yoxlanılan sürücü A.Həsənovanın spirtli içkinin təsiri altında olması müəyyən edilib.

Onun barəsində toplanmış materiallar məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə A.Həsənova sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 20 sutka inzibati qaydada həbs olunub.








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930