"Bolt"un sürücüsü müştərinin kartından 684 manat oğurlayıb
Bakıda "Bolt" sürücüsü müştərinin telefonunu və pulunu oğrulayıb.
Yenisirvanli.İnfo.Az xəbər verir ki, Elvin adlı taksi sürücüsünün müştərisi mağazaya alış-veriş etməyə gedib. Müştəri bir qədər sonra qayıdaraq Elvinə üzərində nağd pul olmadığını deyərək ondan 2 manat istəyib. Zərərçəkən əlavə edib ki, pulu kartdadır. Dediklərini əsaslandırmaq üçün telefonundakı müvafiq tətbiqi açaraq balansında vəsait olduğunu göstərib. Daha sonra telefonu maşında qoyaraq mağazaya gedib.
Müştəri mağazaya tərəf gedərkən Elvin də maşını sürərək ərazidən uzaqlaşıb. O, müştərinin telefonundakı tətbiqdən 684 manat pulu öz kartına köçürüb.
Bir müddət sonra Elvin törətdiyi əmələ görə saxlanılıb. Ona Cinayət Məcəlləsinin 180.1 (Soyğunçuluq, yəni özgənin əmlakını açıq talama), 177.2.2 (Oğurluq - təkrar törədildikdə) və 177.2.3-1-ci (Oğurluq - elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işinin məhkəmə istintaqı Binəqədi Rayon Məhkəməsində aparılıb. Elvin özünü verilmiş ittiham üzrə qismən təqsirli bilib. Məhkəmə istintaqı zamanı ona verilmiş soyğunçuluq ittihamı (180.1) götürülüb.
Məhkəmənin hökmü ilə Elvin Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Yenisirvanli.İnfo.Az
« May 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | 2 | 3 | 4 | |||
5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
26 | 27 | 28 | 29 | 30 | 31 |