Boşanma prosesində olduğu 5 övladının anasını öldürdü

29-04-2025, 13:42 48 dəfə baxılıb

 

5 uşaq anası Rabia Şen və boşanma prosesində olduğu həyat yoldaşı S.Ş., Adananın Ceyhan rayonunun Şahin Özbilen məhəlləsində yaşayırdılar. Evdə onların arasında mübahisə yaranıb.

 Yenisirvanli.İnfo.Az türk mediyasına istinadən xəbər verir ki, mübahisənin böyüdüyü hadisədə S.Ş. Rabia Şeni bədəninin müxtəlif yerlərindən bıçaqlayıb.

Ağır yaralanan 38 yaşlı qadını Ceyhan Dövlət Xəstəxanasında edilən bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.

Rabia Şenin cəsədi Adana Ədliyyə Tibb Qurumuna göndərilərkən, növbətçi prokuror hadisə yerində ekspertiza aparıb. S.Ş.-nin saxlanıldığı hadisə ilə bağlı çoxşaxəli istintaq başladılıb.

Cütlüyün daha əvvəl də tez-tez dalaşdığı, Rabia Şenin bir müddət evdən ayrıldığı, daha sonra əri ilə barışdıqdan sonra geri qayıtdığı, lakin problemlərinin davam etdiyi öyrənilib.


 Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031