İmişlidə məktəblilərin ölümündə günahlandırılan vəzifəli şəxsə cəza verildi

29-04-2025, 12:41 76 dəfə baxılıb

 

Şirvan Apellyasiya Məhkəməsində səhlənkarlıqda təqsirləndirilən Tural Tahirovun (ad, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Pərviz Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, apellyasiya protesti isə qismən təmin olunub, İmişli Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli hökmü cəza hissəsində dəyişdirilib. Tural Tahirovun təqsirli bilindiyi 314.3-cü (səhlənkarlıq) maddəsi ilə barəsində Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 1 il müddətə “Azərişıq” Açıq Səhmdar Cəmiyyətində rəhbər və ya maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilib. Onun 3 il 9 ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

İttihama görə, hadisə 14 aprel 2024-cü ildə İmişli şəhəri, T.İsmayılov küçəsi 4 ünvanında yerləşən N.Şirinov adına 5 saylı texniki təmayüllü məktəb-liseyin ərazisində yerləşən yardımçı tikilidə qeydə alınıb.

Belə ki, yardımçı tikilinin damı üzərindən keçən hava elektrik xəttinə toxunan məktəblilər – 2010-cu il təvəllüdlü İsbərov Amid Seyran oğlu və Məmmədzadə Fərhan Farid oğlu həyatlarının itiriblər.

Hadisədən sonra “Azərişıq” ASC-nin “Aran” Regional Enerji  Təchizatı və Satışı İdarəsinin İmişli elektrik şəbəkəsinin aparıcı mühəndisi saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.



 Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031