Əsgərlikgən gəldiyi gün həbs olundu - Ağsuda olay

25-04-2025, 10:50 45 dəfə baxılıb

 

Ağsu rayonunda hərbi xidmətdən qayıdan gənc dava saldığı üçün həbs edilib.

 Yenisirvanli.İnfo.Az Teleqraf-a istinadən xəbərverir ki, hadisə aprelin 22-də baş verib.

2005-ci il təvəllüdlü Sənan Mahirov (ad və soyad şərti verilib – red.) bu günlərdə hərbi xidmətdən tərxis olunduğu üçün yaşadıqları evdə şənlik təşkil olunub. Şənlikdə onun qohumları da iştirak ediblər.

Şənlikdə araq icən Sənan sərxoş vəziyyətə düşüb. O, xalasının əri ilə rəqs üstündə mübahisə edib.

Mübahisə dava-dalaşa çevrildiyi üçün hadisə yerinə polis əməkdaşları gəlib. Polislər onu Ağsu Rayon Polis Şöbəsinə dəvət ediblər.

Polis şöbəsinə gətirildikdən sonra Sənan polis şöbəsinin inzibati binasının qarşısında özündən aslı olmadan əsəbləşib və ucadan səs-küy salaraq nalayiq küçə söyüşləri söyməyə başlayıb.

Polis əməkdaşları onu nizam intizama dəvət etsələr də o, hərəkətlərinə davam edib.

Sənanın barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxs qismində ifadə verən Sənan etdiyi hərəkətlərə görə çox peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirib.

Ağsu Rayon Məhkəməsinin qərarı ilə Sənan 15 gün müddətində inzibati qaydada həbs edilib.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930