"Yeddi Gümbəz"də 29 yaşlı qadın öldürüldü - Əri saxlanıldı
Şamaxıda qətl törədilib.
Yenisirvanli.İnfo.Az xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə Şamaxı şəhərindəki "Yeddi Gümbəz" qəbiristanlığında baş verib.
1996-cı il təvəllüdlü Sevda Hidayətova orada kəsici alətlə qətlə yetirilib.
Hadisəni törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı 1984-cü il təvəllüdlü Vüsal Hidayətov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Yenisirvanli.İnfo.Az