Bakıda quldurluq yolu ilə maşın qaçıran şəxsə AĞIR CƏZA

23-04-2025, 10:32 77 dəfə baxılıb

 

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri saxlamada təqsirləndirilən Teymur Əmrahovun (ad, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Yenisirvanli.İnfo.Az xəbər verir ki, hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü o, 11 il müddətə azadlıqdan məhrum edilib.

 

İttihama görə, hadisə ötən il Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb.

 

Belə ki, Teymur Əmrahov zərərçəkmiş Ömər Səttarovun (ad, soyadı şərtidir) yaşadığı həmin evin həyətinin giriş darvazasını açıb “Opel” markalı avtomobilini idarə edib həyətdən çıxardığını, sonra nəqliyyat vasitəsini darvazanın çöl qarşı tərəfində işlək vəziyyətdə saxlayaraq düşdüyünü görüb. Daha sonra zərərçəkmiş darvazanın qapılarını bağlamaq üçün yaşadığı həyətə daxil olub. Bu zaman Teymur maşına oturaraq nəqliyyat vasitəsini hərəkətə başlamaq istəyib. Bunu görən Ömər isə avtomobilin qarşısına keçib. Təqsirləndirilən şəxs maşını onun üzərinə doğru idarə edib. Nəticədə o, avtomobilin qabaq sağ təkəri ilə Ömərin sağ ayağının üzərində keçib, hadisə yerindən uzaqlaşıb.

 

Hadisədən sonra Ömər Səttarov DİN-nin 102 xidmətinə məlumat verib və Teymur Əmrahov saxlanılıb. Onun üzərindən narkotik vasitə aşkarlanaraq götürülüb.

 

Teymur Əmrahov ifadəsində bildirib ki, avtomobili Binəqədi rayonu, Biləcəri qəsəbəsindən götürüb, Sabunçu rayonu, Məhəmmədi kəndinə aparıb. Maşın xeyli müddət orda qalıb. Sonra isə avtomobilin buferlərini, qapısını və təkərlərini satıb.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930