Paytaxt sakininin pulunu oğurladılar: “Linkə daxil oldum, pulumu oğurladılar”-VİDEO

17-04-2025, 11:13 155 dəfə baxılıb

 

Son vaxtlar bank kartlarından külli miqdarda vəsaitlərin oğurlanması adi hal alıb.

Az qala hər gün bununla bağlı xəbərlərə rast gəlirik. Bəzən bir klik, bəzən isə bir zəng vətəndaşların pullarını itirməsinə səbəb olur. Son oğurluqlardan sonra bu gün hər kəsi bir sual düşündürür. Pulu kartda saxlamaq nə dərəcədə etibarlıdır?

Yenisirvanli.İnfo.Az xəbər verir ki, Baku TV mövzu ilə bağlı paytaxt sakinləri arasında sorğu keçirib.

Vətəndaşlar “Pulu evdə saxlamaq ən yaxşısıdır”, “Uşaqların kartından 800 manata yaxın pul oğurlanıb”, “Axırıncı dəfə 150 manat çıxdılar, linkə daxil oldum, pulumu oğurladılar” kimi fikirlər səsləndiriblər. Görünür, bəzi vətəndaşlar rəqəmsal ödənişlər sahəsində fırıldaqçılarla mübarizə apara bilmir.

Azərbaycan Banklar Assosiasiyası isə vətəndaşları əmin edir ki, kartlarda pul saxlamaq ən doğrusudur. “Vətəndaşlarımız güvənli formada öz vəsaitlərini bank hesablarında saxlaya bilərlər. Bugünkü reallıqda nağdsız, elektron ödənişlər rahat bir alətdir. Əsas odur ki, hər birimiz fərdi olaraq diqqətli olmalıyıq”, – deyə ABA-nın ekspert qrupunun rəhbəri Cavidan Əfəndiyev mövzu ilə bağlı Baku TV-yə açıqlamasında deyib.

Ətraflı süjetdə:






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930