Narazı qalan müştəri avtomobil ustasını öldürdü

16-04-2025, 18:33 157 dəfə baxılıb

 

Rusiyanın İrkutsk vilayətində 78 yaşlı kişi avtomobil ustasını öldürməkdə və ikinci işçini yaralamaqda təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib.

Yenisirvanli.İnfo.Az Lent.az-a istinadla bildirir ki, hadisə 2024-cü il iyulun 1-də Biryusinskdə baş verib. Avtomobilinin təmirindən narazı qalan təqaüdçü əldəqayırma ov tüfəngi ilə bir-bir xidmət işçilərinin yanına gələrək atəş açıb.

Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, həmin şəxs iki mexaniki öldürməyə cəhd edib. Onlardan biri, 32 yaşlı fəhlə aldığı xəsarətlərdən dünyasını dəyişib. İkinci adam ağır xəsarətlərlə sağ qalıb.

Təqaüdçü cinayət yerindən qaçmağa çalışsa da, saxlanılıb. Kişi günahını tamamilə etiraf edib.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930