Mənzil Kommunal Təsərrüfatı şöbəsinin əməkdaşı məhkəmə zalından həbs edildi

14-04-2025, 10:44 3 dəfə baxılıb

 

Gəncə Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyətilə qəsdən sağlamlığa zərər vurmada təqsirləndirilən Rəhman Balayevin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, hakim Bəhruz Müslümovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 4 il 4 ay müddətə azadlıqdan məhrum edilib və məhkəmə iclası zalında həbs olunub. İttihama görə, hadisə 06 fevral 2024-cü il tarixdə, saat 02 radələrində Gəncə şəhər Yaşıllaşdırma İdarəsinə məxsus suvarma sistemlərinin olduğu açıq ərazidə qeydə alınıb.

Belə ki, Rəhman Balayevin əvvəl tanıdığı şəxs gəlib onu ad günü məclisinə dəvət edib. Bu zaman həmin şəxsin yanında olan əvvəllər tanımadığı, zərərçəkmiş Rafiq Məmmədov (soyadı şərtidir) gecə vaxtı icazəsiz təqsirləndirilən şəxsin yaşadığı ünvana gəlib, nalayiq ifadə işlədib və səs-küy salıb. Sonra Rəhman onunla mübahisə edib. Mübahisə zamanı o, ağac budağı ilə Rafiqin baş nahiyəsinə qəsdən bir dəfə zərbə vuraraq, onun sağlamlığına ağır zərər yetirib.

 Hadisədən sonra Rəhman Balayev saxlanılıb və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi.

 Qeyd: Rəhman Balayev Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı şöbəsində fəhlə işləyib. Pravda.az


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930