Azərbaycanda orqan mafiyası ilə bağlı ŞOK İDDİALAR - DİN-dən AÇIQLAMA

9-04-2025, 18:36 71 dəfə baxılıb

 

Yenisirvanli.İnfo.Az xəbər verir ki, naməlum şəxslərin gəncləri aldatdığı, onları orqan mafiyasının qurbanına çevirdiyi, hazırda isə Gəncə və Ləkəran şəhərlərində olduqları iddia edilib.

Hər iki şəhərlə bağlı yayılan bu iddialar sosial şəbəkələrdə təşvişə səbəb olub.
Azərbaycanda orqan mafiyası ilə bağlı ŞOK İDDİALAR - DİN-dən AÇIQLAMAHadisə ilə bağlı Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis kapitanı Məhəmməd Rzayev BAKU.WS-ə bildirib ki, yayılan həmin məlumatlar həqiqəti əks etdirmir. İddialar polis əməkdaşları tərəfindən hərtərəfli araşdırılıb və 1971-ci il təvəllüdlü həmin qadın polis orqanına dəvət edilib.

"Psixi sağlamlıq vəziyyəti nəzərə alınaraq ailə üzvlərinin ərizəsi və özünün razılığı əsasında müvafiq qaydada müalicə almasından ötrü Lənkəran Rayonlararası Psixoterapiya dispanserinə yerləşdirilməsi təmin edilib", - deyə məlumatda qeyd olunub.

Lənkəran şəhərində baş vermiş bənzər hadisə ilə bağlı isə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirdi ki, yayılan həmin məlumatlar həqiqəti əks etdirmir. İddialar polis əməkdaşları tərəfindən hərtərəfli araşdırılıb və həmin şəxs polis orqanına dəvət edilib.

"Psixi sağlamlıq vəziyyəti nəzərə alınaraq ailə üzvlərinin ərizəsi və özünün razılığı əsasında müvafiq qaydada müalicə almasından ötrü Gəncə Şəhər Psixoterapiya dispanserinə yerləşdirilməsi təmin edilib", - deyə Eşqin Qasımov əlavə edib.BAKU.WS



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930