Generalın qohumu çimərlik fotoları ilə şantaj edilib

9-04-2025, 18:18 108 dəfə baxılıb

 

Həbsdə olan Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədovun bacısı oğlu şantaj edilib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki,  Generalın Faiq adlı bacısı oğlu hazırda N saylı hərbi hissələrdən birində Maliyyə Xidmət rəisi vəzifəsində xidmət edir.

Onu şantaj edən isə tanışı İsmayıl adlı şəxs olub. Belə ki, İsmayıl adlı şəxs generalın bacısı oğlundan dövlət qurumlarına şikayət edib. İsmayıl şikayətində göstərib ki, həbsdə olan generalın yeyinti və mənimsəmə işlərində bacısı oğlu Faiqin də əli olub.

Faiq bu şikayətlərin qarşısını almaq üçün bir neçə dəfə İsmayılla əlaqəyə keçib. Onların ortaq tanışı vasitəsi ilə razılığa gəliblər.

Məlumata görə İsmayıl şikayətləri dayandırmaq üçün Faiqdən 10 min manat istəyib. Sonra 6 min manata razılaşıblar. İsmayıl 3 min manatı alandan sonra həbs edilib.

Generalın bacısı oğlu yarıçılpaq fotoları ilə də şantaj edilib. Faiqin çimərlik geyimində olan fotoları İsmayılın mobil telefonunda aşkar edilib.

 

Xatırladaq ki, general Nizami Məmmədov külli miqdarda mənimsəmədə ittiham edilərək 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Musavat.com



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031