Özündən 13 yaş böyük qadını şantaj edirdi, saxlanıldı

9-04-2025, 14:12 108 dəfə baxılıb

 

Sumqayıtda qadını görüntüləri ilə şantaj edən şəxs saxlanılıb.

Yenisirvanli.İnfo.Az DİN-ə istinadən xəbər verir ki, 39 yaşlı qadın 26 yaşlı tanışı N.Kərimov tərəfindən sosial şəbəkədə şantaj edilməsi ilə bağlı polisə müraciət edib.

Gənc oğlanın hədə-qorxu yolu ilə qadından bir müddətdir pul və qızıl-zinət əşyaları alması müəyyən edilib.

N.Kərimov barəsində Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə iş başlanılıb. Araşdırmalar davam etdirilir.

Əldə etdiyimiz məlumata görə, N.Kərimov qadının qızıl qolbağını pul əvəzində almış və əlavə 500, 1000, 2000, 5000 manat tələb edib. Qadın həmin pulu verə bilməyəcəyini gördükdən sonra polisə müraciət edib.

Polisi hədə-qorxu ilə üzləşən vətəndaşların vaxtında müraciət etməsinin zəruriliyini vurğulayıb.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930