Qohumunu güllələyən şəxslə bağlı qərar çıxarıldı

4-04-2025, 10:44 168 dəfə baxılıb

 

Ali Məhkəmədə Şəmkirdə dayısı oğlunu və onun tanışını güllələyərək öldürməyə cəhd edən Ramin Mehdixanovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Yenisirvanli.İnfo.Az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə prosesdə qərar elan edilib.


Qərara əsasən, şikayət təmin edilməyib.


Xatırlatma: Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Mehdixanov 14 il müddətinə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.


Qeyd: Hadisə bu il mayın 9-da saat 18 radələrində Şəmkir rayonunda qeydə alınıb.


Şəmkir rayonunun Seyfəli kənd sakini, 44 yaşlı Ramin Mehdixanov qısqanclıq zəminində əvvəllər də mübahisə etdiyi dayısı oğlu Musa Rüstəmovun “VAZ-2107” markalı avtomobil ilə hərəkətdə olduğunu görüb, özünə məxsus “VAZ-2106” markalı avtomobili ilə onun qarşısını kəsmək istəyib və nəticədə avtomobillər bir-birinə çırpılaraq yol-nəqliyyat hadisəsi baş verib. Daha sonra R.Mehdixanov özünə məxsus, müvafiq sənədləri olmayan ov tüfəngi ilə Musa Rüstəmovu və onun yanında olan Bakir Hüseynovu güllələyərək onlara xəsarət yetirib.


Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin (CM) 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930