Keçmiş arvadını evə görə döyən şəxsə hökm oxundu

1-04-2025, 11:33 97 dəfə baxılıb

 

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərərvurmada təqsirləndirilən Qulam Qədirovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və Q.Qədirov cinayət məsuliyyətindən azad olunub.

İttihama görə, hadisə 12 yanvar 2024-cü il tarixdə, saat 14:40-da Abşeron rayonu ərazisində qeydə alınıb.

Belə ki, Qulam Qədirov keçmiş arvadı, zərərçəkmiş Ülkər Qayıbova (şərti) və övladları ilə birlikdə eyni evdə yaşayıb. O, qadınla aralarında həmin ünvanda birgə yaşamaq üstündə yaranmış fikir ayrılığı səbəbindən mübahisə edib. Bu zaman Qulam keçmiş arvadının üzərinə hücum edib, qəsdən əllə onun saçını dartıb yolub. Sonra o, əl, habelə şillə ilə Ülkərin sifət, baş nahiyələrinə zərbələr vuraraq, ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib.

Hadisədən sonra Qulam Qədirov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930