Həyat yoldaşını öldürmək istəyən şəxsə HÖKM OXUNDU

28-03-2025, 17:49 146 dəfə baxılıb

 

Gəncədə həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Zaur Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Yenisirvanli.İnfo.Az APA-ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Zaur Süleymanov 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Zaur Süleymanov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, hadisə 2022-ci il dekabrın 14-ü baş verib. Zaur Süleymanov həyat yoldaşı Aytən Süleymanova ilə yaşadıqları evdə mübahisə edib və ona bıçaqla çoxsaylı xəsarətlər yetirib. Aytən Süleymanovanın həyatını xilas etmək mümkün olub.

Təqsirləndirilən Zaur Süleymanova Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031