Lənkəranskinin qatı düşməni cəzalandırıldı – FOTO

28-03-2025, 13:39 66 dəfə baxılıb

 

Rusiyanın Stavropol vilayət məhkəməsi “qanuni oğru” Vladimir Jurakovski barəsində hökm çıxarıb.

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, o, Cinayət Məcəlləsinin 210.1-ci (cinayət iyerarxiyasında ən yüksək mövqe tutma) və 159-cu (dələduzluq) maddələrilə təqsirli bilinib.

Məhkəmə müəyyən edib ki, 2001-ci ildə cinayət ənənələrinə əsaslanan prosedurdan sonra müttəhimə “qanuni oğru” statusu verilib.

O, 20 ildən artıq müddətdə rayonda fəaliyyət göstərən kriminal elementləri idarə edib, vəsaitlərin yığılmasını təşkil edib. Kriminal subkulturaya dəstək verən insanlar arasında mübahisəli situasiyaları həll edib, əldə olunan gəlirləri kriminal aləmin ehtiyaclarına köçürüb.

Bundan əlavə, 2014-cü ildə müttəhim arvadını müalicə etmək bəhanəsi ilə dostunu ona ümumi məbləğdə 200 min rubl borc verməyə inandırıb və sonradan öz mülahizəsinə uyğun olaraq sərəncam verib.

Məhkəmə dövlət ittihamçısının mövqeyini nəzərə alaraq, cinayətkarı 1 milyon rubl cərimə və bir il müddətinə azadlığın məhdudlaşdırılması ilə 10 il müddətinə azadlıqdan məhrum edib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, criminal aləmdə “Vova Puxlıy” kimi tanınan Vladimir Jurakovski mərhum azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskinin düşmənlərindən biri olub.Lent.az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930