Tanınmış idmançı Ruslan Surxayevin qatili öldürüldü

25-03-2025, 10:30 159 dəfə baxılıb

 

Şamaxı rayonunda 34 yaşlı Orxan Hacıyev güllələnərək öldürülüb.

Yenisirvanli.İnfo.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə bu gün saat 21 radələrində qeydə alınıb.

27 yaşlı Amil Surxayev şəxsi münasibətlər zəminində O.Hacıyevə ov tüfəngi ilə xəsarət yetirib.

A.Surxayev polis əməkdaşları tərəfindən saxlanılıb və ondan cinayətdə istifadə etdiyi tüfəng götürülüb.

O.Hacıyev isə xəstəxanaya aparılarkən ölüb.

Öldürülən O.Hacıyev 2020-ci ildə tanınmış idmançı Ruslan Surxayevi qətlə yetirməkdə şübhəli bilinən şəxs imiş. Orxanı güllələməkdə şübhəli bilinən isə mərhum idmançının qardaşı Amil Surxayevdir.

Xatırladaq ki, Ruslan Surxayev Şamaxıda “Yeddi Gümbəz” qəbiristanlığında mətbəx bıçağı ilə qətlə yetirilmişdi. Ölən şəxsin atası şikayətçi olmadığı üçün O.Hacıyev azadlıqda olub.

 Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930