Gömrük Komitəsi Füzuli Cabbarovun “Fin-Plast" şirkətini cərimələdi
Mediatvaz.com Yurd.Media-ya istinadən qeyd edir ki, Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin tərtib etdiyi protokola əsasən MMC-nin ünvanına daxil olmuş taxta yükləri gömrük bəyannaməsində uyğunsuzluq aşkarlanıb.
“Fın-Plast İnternational” MMC tərəfindən “Mazımqara” gömrük postundan keçməklə Azərbaycan gömrük ərazisinə gətirilən mallara dair tərtib edilmiş gömrük bəyannaməsinin 22-ci qrafasında valyuta kodu 978 avro qeyd edilib, lakin qısa idxal bəyannaməsinin 22-ci qrafasında valyuta kodu 840 ABŞ dolları qeyd olunub.
Nəticədə, Bakı Baş Gömrük İdarəsinin Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş raporta əsasən “Fın-Plast İnternational” MMC tərəfindən mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə gömrük orqanına təhrif olunmuş məlumat verilib.
MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə protokol tərtib edilib.
Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə MMC 300 manat cərimə olunub.
"Fin-Plast İnternational" MMC, Azərbaycanın polietilen qablaşdırma və çap sənayesində fəaliyyət göstərən qabaqcıl istehsalçı şirkətlərindən biridir. 1998-ci ildə Sumqayıt şəhərində iş adamı Füzuli Cabbarov tərəfindən təsis edilmiş müəssisə, flexoqrafik çap texnologiyasından istifadə edərək müxtəlif növ polimer paketlərin istehsalı üzrə ixtisaslaşıb.
Yenisirvanli.İnfo.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: