Tədris mərkəzində Almaniyaya İŞÇİ YOLLAMA adı altında FIRILDAQ - VİDEO

4-09-2026, 10:51 65 dəfə baxılıb

 

Yenisirvanli.İnfo.Az bildirir ki, Kanal 13-ə müraciət edən Sumqayıt şəhər sakini Nail Mehdiyev bildirir ki, xaricdə işlə təmin olunması məqsədilə “Ausbildung Baku” şirkətində Mehdi Neymətoğlu adlı şəxslə rəsmi müqavilə imzalayıb. Onun sözlərinə görə, xidmət müqabilində 2 600 AZN ödəməli olub və məbləğin 1 300 AZN-ni əvvəlcədən ödəyib, qalan hissəni isə viza təsdiqləndikdən sonra verməyi razılaşdırıb.
Şikayətçi iddia edir ki, ona Şimali Reyn-Vestfaliya əyalətində otelçilik sahəsində iş vəd edilsə də, sonradan Bad Kreuznach ərazisinə göndərilməsi təklif olunub. Daha sonra təqdim edilən vizanın iş vizası deyil, üçillik “Ausbildung” – peşə təhsili vizası olduğunu öyrənərək təklifdən imtina etdiyini bildirir.
Nail Mehdiyevin sözlərinə görə, qarşı tərəf səhv olduğunu bildirərək onu yaxın zamanda xaricdə işlə təmin edəcəyinə söz verib. Lakin sonrakı təkliflər də onun üçün uyğun olmadığından qəbul etməyib. Şikayətçi hesab edir ki, aldadılaraq müqaviləyə imza atdırılıb.
Mehdiyev bildirir ki, 2026-cı ilin mart ayında ödədiyi pulun geri qaytarılmasını tələb edib. Aprelin 2-də keçirilən görüş zamanı isə Mehdi Neymətoğlu ona 1 150 AZN-nin iki ay ərzində geri qaytarılmasını təklif edib.
Şikayətçinin iddiasına görə, tərəflər arasında razılaşma olmasına baxmayaraq, şirkət rəhbəri onu məhkəməyə verərək 2 600 AZN məbləğində ziyanın ödənilməsini tələb edib. Məhkəmənin qərarı ilə onun 1 300 AZN ödəməsi müəyyənləşdirilib.
Nail Mehdiyev məhkəmə qərarını ədalətsiz hesab edir və aidiyyəti qurumlardan məsələni araşdıraraq hüquqi qiymət verilməsini xahiş edir.

Kanal 13 

Daha ətraflı aşağıdakı videoda:






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930