Abşeron icra başçısı sahibkarla necə razılaşdı? - Obyektə görə yaşıllıq məhv edildi - FOTO

14-03-2025, 10:57 688 dəfə baxılıb

 

Abşeron Rayon İcra Hakimiyyəti sahibkarla anlaşaraq yaşıllığın məhv edilməsinə göz yumur.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, Paytaxt.org-un xəbərinə görə, vaxtı ilə ETSN tərəfindən salınan yaşıllıq, Abşeron RİH-nin nəzarətinə verilsə də baxımsız qalaraq bəzi səbəblərdən məhv edilir.

Daxil olan məlumata görə, icra hakimiyyəti açıq şəkildə yaşıllığın məhv edilməsinə şərait yaradaraq, ərazini sahibkara obyekt sahəsi kimi verib.

Beləki, 4 saylı RETSİ nin əməkdaşları tərəfindən, Abşeron rayon Mehdiabad qəsəbəsi 28 may küçəsində  obyektin qarşısında çıxarılan ağacların yerində dəfələrlə yeni tinğlər əkilməsinə baxmayaraq, sahibkarın həmin ağacları məhv etməsi aşkar edilib. Bildirilib ki, sahibkar hər dəfə öz məqsədinə çatmaq üçün ağacları yerindən çıxardıraraq ərazidən daşıtdırıb. Sahibkarın bu özbaşınalığına icra başcısı tərəfindən xeyir-dua verildiyi bildirilir. Məqsəd isə sahibkara məxsus  obyektin qarşısın açmaq və obyekti böyütməkdir. Sahibkarın bu qanunsuzluqlar etməsinə alət olan icra hakimiyyəti və Mehdiabad bələdiyyəsi yaşıllığa sahib çıxmaq əvəzinə məhfinə rəvac verdiyi deyilir. Məlumatda, hadisələrin bu yerə gəlib çıxmasına icra başçısı ilə sahibkar arasında isti razılaşma olduğu da bildirilir.

Məhv edilən yaşıllığa görə, 4 saylı RETSİ tərəfindən qanuna müvafiq tədbirlər ğörülərək aidiyyatı üzrə hüquq mühavizə orqanlarına rəsmi müraciət edilib. 

Əvvəl salınan yaşıllıq:

Sonradan məhv edilən yaşıllıqdan qalanlar:

Ekologiya.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031