Şimali Kipr Türk Respublikasının “Bugün Kıbrıs” qəzeti şok iddia ilə çıxış edib. Qəzet Bahçeşehir Universitetinin Kipr filialında Azərbaycandan olan şəxslərə, o cümlədən bəzi məmurlara və dövlət qulluqçularına dərslərə qatılmadan saxta doktorantura diplomları verildiyini iddia edir.
Yenisirvanli.İnfo.Az xəbər verir ki, qəzetin araşdırmasına görə, “çevik və hibrid” adlanan sistem çərçivəsində tələbələrin dərslərdə iştirak etməsi tələb olunmur və onlar üçün akademik təqvimdən kənar xüsusi imtahanlar təşkil olunur. İmtahanlara qatılan şəxslərin bəzilərinin həmin dövrlərdə Kiprdə belə olmadığı, miqrasiya qeydləri ilə təsdiqlənib.
İddialara əsasən, dövlət idarəçiliyi, politologiya, biznes və kompüter elmləri üzrə təhsil alan tələbələr normal imtahan dövrlərində belə Kiprə getmədən, yalnız özləri üçün keçirilən imtahanlar vasitəsilə doktorluq dərəcəsi əldə edirlər. Bu imtahanlarda adi tələbələrlə eyni suallar istifadə edilir və eyni zərfdə yerləşdirilir. Məqsəd isə nəzarət orqanlarının – YÖK və YÖDAK-ın diqqətindən yayınmaqdır.
Qəzet yazır ki, bu qeyri-qanuni sistem 2024-cü ilin yazından etibarən tətbiq olunmağa başlanıb və hazırda da davam edir. Tələbələrin böyük əksəriyyətinin imtahan və dərs tarixlərində adada olmadığı müəyyən olunub. Onlar üçün qanunvericilikdə yer almayan “Hibrid Doktorantura Proqramı” tətbiq olunur.
Diplom almaq üçün tələb olunan ödəniş isə 3000-4000 ABŞ dolları arasında dəyişir. Məsələ ilə bağlı danışan bir akademik bildirib ki, qaydalara əsasən, doktorantura dərslərinin yalnız üçdə biri onlayn ola bilər və bu da yalnız xüsusi hallar üçün nəzərdə tutulub. Hər semestrdə tələbə ən azı 45 gün adada qalmalıdır. Hibrid doktorantura proqramı isə qanunla qadağandır.

***
Xəbər verdiyimiz kimi, “Bugün Kıbrıs” qəzeti Bahçeşehir Universitetinin Kipr filialında bəzi məmurlara və dövlət qulluqçularına dərslərə qatılmadan saxta doktorantura diplomları verildiyini iddia edir. Qeyd olunur ki, qanunsuz əsaslarla diplom alanların içərisində Azərbaycandan olan şəxslər də var. Bu iddia cəmiyyətdə ciddi rezonansa səbəb olub.
Məsələ ilə bağlı sözügedən universitetin Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Nuket Tanol açıqlama verib. Açıqlamanı olduğu kimi təqdim edirik:
“17 iyun 2025-ci il tarixində “Bugün Kıbrıs” qəzetində yayımlanmış və Bahçeşehir Kipr Universitetini hədəf alan “Azəri Bürokratlara Saxta Doktora” başlıqlı yazı tamamilə əsassız, qərəzli və universitetimizin nüfuzuna xələl gətirməyə yönəlmiş iftira xarakterli məlumatlardan ibarətdir.
Xəbərdə qeyd olunan “xüsusi imtahanlar”, “hibrit doktorantura adı altında diplom verilməsi”, “3–4 min dollar qarşılığında sənəd alınması” kimi iddialar tamamilə yalandır və heç bir hüquqi və ya faktiki əsas daşımır. Bahçeşehir Kipr Universiteti öz fəaliyyətini Şimali Kipr Türk Cümhuriyyətinin qüvvədə olan qanunvericiliyi və YÖDAK tərəfindən müəyyən edilmiş akademik prinsiplər əsasında həyata keçirir.
Bütün proqramlarımız — istər bakalavr, istər magistr, istərsə də doktorantura səviyyəsində — şəffaflıq, ədalət və yoxlanıla bilən əsaslarla həyata keçirilir. Universitetimizdə təhsil alan hər bir tələbənin imtahanlara fiziki şəkildə qatılması və uğurla nəticə əldə etməsi zəruri şərtdir. Tələbələrin dərs və imtahan iştirakları universitetimizin daxili sistemində qeyd olunur və tələb olunduğu halda, bu məlumatlar rəsmi orqanlar – o cümlədən Kipr-in Miqrasiya İdarəsi tərəfindən də təsdiqlənə bilər.
Xəbərdə göstərilən qeyri-real iddialardan biri də guya Kiprdə olmayan tələbələrin yüksək qiymət almasıdır. Bildirmək istəyirik ki, universitetimizdə imtahan nəticələri yalnız dərsə davamiyyət göstərən, qiymətləndirmə meyarlarına cavab verən tələbələrə verilir. Hazırda universitetimizdə, xüsusilə xarici tələbələr arasında bəzi fənlərdən uğursuz olmuş tələbələrin mövcudluğu, qiymətləndirmə sistemimizin nə dərəcədə obyektiv və prinsiplərə əsaslandığını açıq şəkildə göstərir.
Bununla yanaşı, Kiprdə hər bir tələbə üçün tədris dövründə minimum 45 günlük fiziki iştirak tələbi qanunla müəyyən edilmişdir.
Bahçeşehir Kipr Universiteti olaraq biz, beynəlxalq səviyyədə tanınan, etibarlı və dürüst təhsil modeli ilə seçilən bir ali təhsil müəssisəsi olmaqdan qürur duyuruq. Müxtəlif ölkələrdən minlərlə tələbənin bizə etibar etməsi, göstərdiyimiz akademik səviyyənin və şəffaflığın ən böyük sübutudur.
Universitetimizə qarşı aparılan bu planlı qaralama kampaniyasına qarşı bütün hüquqi addımlar atılmış və məsələ ilə bağlı Kipr-in müvafiq qurumlarına – o cümlədən YÖDAK və Daxili İşlər Nazirliyinə rəsmi müraciətlər təqdim edilmişdir. Həmçinin, xəbər yayımında iştirak edən media qurumu və məsul şəxslər barəsində yerli və beynəlxalq hüquq çərçivəsində müvafiq hüquqi prosedurlar başladılmışdır.
Bahçeşehir Kipr Universiteti olaraq bir daha bəyan edirik ki, biz etik dəyərlərə, akademik dürüstlüyə və ali təhsildə keyfiyyət prinsipinə sadiq qalmağa davam edəcəyik. Universitetimizin və ölkəmizin nüfuzunu hədəf alan bu cür kampaniyaların qarşısında hüquq çərçivəsində qətiyyətlə dayanacağımızı ictimaiyyətin diqqətinə çatdırırıq”.

Editor.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
İlham Əliyevin iştirakı ilə VII ADA Siyasi Forumu keçirilib
Bu gün “Təzadlar” qəzetinin 32 yaşı tamam olur! Şərəfli Zərdabi yolu!...
Misir Mərdanovdan nazirə çağırış - “Uşaqları “şikəst” edirsiniz...”
11 illik tam orta təhsil üzrə buraxılış imtahanı keçiriləcək
Bir həftədir məktəblərdə tədris “iflic” olub, distant təhsilə niyə keçə bilmirik?
Orqan alqı-satqısında hüquqi məsuliyyət kimin üzərinə düşür? - HÜQUQŞÜNAS DANIŞDI
Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər
Müğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı
"Leobank" kütləvi şikayət atəşinə tutuldu
Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi: 11 nəfər saxlanıldı (VİDEO)
İnsanlar artıq evlənmirlər, hara gedirik? - VİDEO
Azərbaycan XİN Çilini təbrik etdi
Azərbaycanda toy qaydaları dəyişir? – Qonaq sayı və vaxt limiti…
"Formula 1" yarışı: Bakıda məhdudiyyət qoyulacaq yolların siyahısı açıqlanıb
Bu gün Robert Köçəryan məhkəmə qarşısına çıxarılacaq
Rusiyada seçkilər başladı
“Kontakt Home”dan aldığı bütün əşyalar xarab çıxdı – Şikayət
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransında iştirak etdi
Ukraynada kütləvi antikorrupsiya auditinə başlanılır
Baş memarı, nazirliyin müfəttişi və idarə rəisini şantaj edən şəxsin cəzası azaldıldı
Döyülən Kollec direktoru Peşə Mərkəzinə direktor müavini təyin edilib
Azərbaycanda evlənənlərin yarıdan çoxu boşanır - RƏSMİ
Azərbaycanda problemli kreditlərin məbləği artıb
Azərbaycanda internet tarifləri dəyişir - 25 manat olacaq
20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Zaqatalada kişi meyiti aşkarlanıb
Putinin böyük arzusu: ABŞ və Çinlə “Böyük üçlük” sammiti keçirmək...
Prezidentdən toplantı iştirakçılarına – Müraciət
Azərbaycanda əhali sayı artıb
Suraxanıda gecə aparılan tikinti sakinləri ayağa qaldırdı – Video
Alla Axundova vəfat etdi – FOTO
Hikmət Hacıyev: Avropa Parlamentinin qətnamələri regionda sülh gündəmini zəiflədir
“Bitcoin”in qiyməti yenidən 76 min dolları ötüb
Avroliqa həyacanı davamn edir: “Beşiktaş” və “Yuventus” meydana çıxır
Ata 2 yaşlı oğlunu döyüb, komaya saldı - Həbs olundu
1.5 milyon manatdan çox vergi borcu olan "KƏPƏZ 22" MMC kimindir?
Nazirlərlə bağlı maraqlı MƏLUMAT yayıldı - Bu günə qədər bilinmirdi
Kirayə qaldığı evdə otaq yoldaşını kürəyindən bıçaqladı, 7 il həbs cəzası aldı
Gürcüstan Azərbaycana yeni səfir təyin edib
Əmrullayevə SƏRT sözlər: “Bu problemləri kim həll etməlidir?”
Bu rayonlarda icra başçısı yoxdur - Siyahı
Korrupsiyaya görə işdən çıxarılan icra başçısını bu şəxs əvəz edir
Ankarada 10 il axtarışda olan FETÖ üzvü saxlanıldı
264 nömrəli məktəbdəki skandal araşdırılır
LeoBank indi də jurnalistə kələk gəlib: "Heç vaxt getmədiyim və alış-veriş etmədiyim "Ramstore"də..." - "Bu xidmətdən uzaq durun!"
Daha bir rus generalı həlak olub
Valyuta məzənnələri dəyişdi: Bu pullar bahalaşdı
Hikmət Hacıyev BƏƏ-nin dövlət naziri ilə görüşüb
Türkiyə və Almaniya İrana uçuşları DAYANDIRDI
İşdən çıxarılan icra başçısı məşhur şəxsin qardaşıdır
Prezidentə verilən 500 min dollar Qarabağa yönəldildi
Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi
Nazirdən Bilik Günü ilə bağlı paylaşım
Xərçəngə qarşı vaksin hazırlanır: İlk sınaq uğurlu oldu
ÜST-dən şəkər xəbərdarlığı - Günlük norma nə qədər olmalıdır?
Premyer Liqa: V tura “Şəfa” – “Sabah” oyunu ilə yekun vurulur
Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb
Zaur Rzayev xəstəxanaya yerləşdirilib
Bülənt Ərsoyun milyonluq boyunbağısı - FOTO
Elgiz yeni verilişinin tarixini açıqladı
Tramp: "İranla münaqişə tezliklə bitəcək, neftin qiyməti düşəcək"
Hörmüz boğazında İran gəmisi vurulub - Ölən və yaralananlar var