Rəfail Mehralıyevin yeznəsini tenderlərdə qalib edən qurumun 1.8 milyon borcu var

23-02-2025, 15:18 5 dəfə baxılıb

 

Yasamal Rayon İcra Hakimiyyəti başçısının Aparatının Mənzil-Kommunal Təsərrüfat Birliyi külli miqdarda borclanıb. Bu birlik növbəti dəfə maliyyə qalmaqalı yaşayır.

 Mənzil-Kommunal Təsərrüfat Birliyinin 1 milyon 800 min manat vergi borcu var.

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyəti başçısının Aparatının Mənzil-Kommunal Təsərrüfat Birliyi ilk dəfə deyil ki, bu cür maliyyə qalmaqalı ilə gündəm olur. MKTB-nin tender layihələri ilə bağlı çoxsaylı narazılıqlar da var.

 Belə ki, MKTB-nin tenderlərinin əvvəlcədən razılaşdırılmış şəkildə eyni şəxslərə verilməsi ilə bağlı ciddi ittihamlar yer alır.

 Ən əsas ittiham isə tenderlərin qalibinin Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehralıyevin yeznəsi Eldar Şirinov olmasıdır.

 Qeyd edək ki, Mənzil Kommunal Təsərrüfat Birliyi əhalinin mənzil-kommunal təsərrüfatının təkmilləşdirilməsi, əsaslı tikinti və təmir sahəsində abadlıq, tikinti, habelə mənzil fondunun və kommunal təyinatlı obyektlərin əsaslı təmiri, zibil daşınması, şəhər yollarının istismarı və cari təmiri, xiyabanların və qəbiristanlıq təsərrüfatının saxlanması və abadlığı, xidmət sahələrinin inventarlarla təchizatının təmin edilməsi, fəvvarələr və yeraltı keçidlərin istismarı və təmiri, şəhərin mənzil-kommunal təsərrüfatı ilə bağlı digər funksiyaları həyata keçirir.

 Mənzil-Kommunal Təsərrüfat Birlikləri (MKTB) müstəqil balansa, bank hesablarına və digər hesablara malik olub, qismən büdcədən maliyyələşdirilməklə, təsərrüfat hesabı əsasında fəaliyyət göstərirlər.(Musavat.com)

 Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930